Saytlar necə işlənilir?

SAYTLAR-NECE-ISLENILIR - ADMIN - 86332   -Jan.01, 1970

Bu məqalə qeyri peşəkarlar üçün nəzərdə tutulub və ona görə də MCV, REST, OOP və sairə prinsipləri, eləcədə qəliz abbreviaturaları müzakirə etməyəcəyik. Biz hər şeyi mümkün qədər sadə formada izah etməyə çalışacağıq. Ona görə də siz mütəxəssissinizsə beyninizin sağlamlığı xatirinə bu məqaləni bağlayın.
Müasir saytlar iki ayrı, faktiki olaraq müstəqil saytdan ibarət olur. Biri istifadəçiyə, digəri isə gizlidir və saytın administratoruna görünür. Faktiki olaraq ikinci hissə birincinin rahat istifadə edilməsi üçün lazımdır. Orada mətnlər, ayarlar və s. dəyişir. Birinci hissənin belə adlarına rast gələ bilərsiniz: frontend, istifadə hissəsi, sifət və s., ikinci hissə üçün isə: backend, administrativ hissə, adminka, idarəetmə paneli və s.
Onların hər birinin işləmə məntiqi var. Faktiki olaraq, bunlar serverdə yerləşən kodlarla dolu külli miqdarda fayllardır. Serveri hardasa yerləşən və internetə qoşulan kompüter kimi təsəvür edə bilərsiniz. Misal üçün, siz brauzerə webcity.az/az/bloq yazısını daxil edib enter düyməsini basan kimi, sizin internet provayderin serverinə siqnal gedir və o (ətraflı necə proses olduğunu izah etməyəcəm) sizin webcity.az domeniniz hansı serverdə olduğunu müəyyən edib siqnalı ora ötürür. Orada isə server sizin səhifəniz azərbaycan dilində olduğunu və bloq hissəsi olduğunu anlayıb sizə bloq hissəsini təqdim edir. Cavabın formalaşması və sətirin araşdırılmasının idarə edilməsi isə bir biri ilə əlaqəli olan minlərlə fayl vasitəsi ilə həyata keçirilir. Hər sayt üçün məntiq unikaldır, lakin onlar arasında çoxlu oxşarlıqlar var.
Bir qayda olaraq, serverdə məntiq php dilində yazılır. Saytı əks etdirmək üçün brauzerə başqa dildə (html) qeyd olunan mətn vasitəsi ilə səhifə kodu qəbul etmək lazımdır. Php kodu ilə brauzerə lazım olan cavabı formalaşdırır, cavab isə html olur. Php brauzer üçün html generasiya edir. Brauzer üçün anlaşılan olan bir dildə var – javasctipt. Php dən fərqli olaraq o istifadəçinin brauzerində serverə göndərilmədən də istifadə edilə bilir. Bu bizə, misal üçün, səhifədə yerdəyişmə etdikdə və ya animasiya etdikdə rahatdır.
Nəticə etibarilə biz php vasitəsi ilə html və javascript generasiya edirik. Php – məntiqdir, bir növ nüvədir, proqramistin çiyinləri üzərindədir, html və javascript isə xarici görünüşdür və verstalşikin çiyinləri üzərindədir. Verstalşik şablon-fayllarda saxlanılan dizayn şəklindən html və javascript yaradan insandır. Bu şablonlar proqramistə lazımdır ki, onların bazası üzərindən serverdən brauzerə cavab hazırlasın.
Yaxşı layihə prototipdən və marketinqdən başlayır. Biz qeyd edirik ki, bizə hansı bloklar lazımdır, onlar harada yerləşəcəklər, hansı rəngdə olacaqlar, əlavənin skeletini formalaşdırırıq. Belə demək mümkünsə “salfetka üzərində sxem”. Sonra dizayner bu skelet üzərində bir, və ya saytın səhifə sayından asılı olaraq, bir neçə gözəl şəkil çəkir. Sonra verstalşik və proqramist işə başlayır və bütün bunları sayta çevirir.
Çox da baha olmayan layihələr üçün isə hazır şablonlar götürülür və proqramist onu sayta çevirir.
Bu sayt işlənməsinin ümumi görünüşüdür. Çox sadələşdirilmiş, ancaq ümid edirəm ki, aydın izahdır.


Ziyarətçinin alıcıya çevrilməsi. İnternet marketoloq barəsind�

SEO və axtarış optimallaşdırılması nədir?